Bakı 3˚C Intermittent clouds

Polşada bomba sığınacaqlarının vəziyyəti yoxlanılmağa başladı

Gündəm 23:26 10 okt, 2022
Polşada bomba sığınacaqlarının vəziyyəti yoxlanılmağa başladı

Polşanın yanğınsöndürmə xidmətləri ölkədəki bomba sığınacaqlarının vəziyyətini yoxlamağa başlayıb.

Qazet.az xəbər verir ki, bu barədə "Polsat News"-a şərhində daxili işlər nazirinin müavini Macey Vasik bildirib.

"Bizim ölkə üzrə 62 min belə obyektimiz var. Yanğınsöndürənlər onların vəziyyətini, avadanlıqlarını və istismara yararlılığını yoxlayırlar. Əgər uyğun deyillərsə, biz onların uyğunlaşdırılması üçün tədbirlər görəcəyik", - Vasik bildirib.