Polşada “Drujba” neft kəmərində sızma aradan qaldırılıb
Xəbərlər
19:42 15 okt, 2022
"Drujba” kəmərinin zədələnmiş hissəsi bərpa edilib, qərb hissəsinin iki boru kəməri, o cümlədən Almaniyaya neft tədarük edən xətt vasitəsilə neftin nəqli bərpa edilib.
Qazet.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” Polşanın PERN operatorunun bəyanatına istinadən məlumat yayıb.
Eyni zamanda, şirkətin mətbuat xidməti bildirib ki, sızmaya yol açan səbəblər araşdırılır.
“Hazırda PERN xidmətlərinin fəaliyyəti ərazinin təmizlənməsi və ilkin vəziyyətinə qaytarılmasına yönəlib”, - müraciətdə əlavə edilib.