Polşada polis qərargahında partlayış - Yaralılar var
Hadisə
19:40 15 dek, 2022
![Polşada polis qərargahında partlayış - Yaralılar var](https://qazet.az/resized/fit900x500/center/pages/132279/1671115941-15vid-vi-poland-grain-cover2-videosixteenbynine600.png)
Polşanın paytaxtı Varşava şəhərində yerləşən polis qərargahında partlayış olub.
Qazet.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, polisin qərargahında Ukrayna üzrə baş komendantın aldığı hədiyyə partlayıb. İlkin məlumata görə, yaralılar var.
“Komendantın bu ilin dekabrın 11-12-də Ukraynaya işgüzar səfəri zamanı aldığı hədiyyələrdən biri partlayıb”, – açıqlamada deyilir.