Bakı 10˚C Sunny

"Caliber" Polşada ukraynalı qaçqınlar kütləvi şəkildə zəhərləndi

Hadisə 23:30 27 noy, 2022
"Caliber" Polşada ukraynalı qaçqınlar kütləvi şəkildə zəhərləndi

Polşanın Qluxolazi şəhərində ukraynalı qaçqınların kütləvi zəhərlənməsi qeydə alınıb, 20-dən çox insan xəstəxanaya yerləşdirilib. 

Qazet.az 
xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.

“Cümə günü axşam saatlarında Qluxolazidəki mərkəzdən olan qaçqınlarda zəhərlənmə əlamətləri aşkarlanıb. Əsasən 2 yaşdan 16 yaşa qədər uşaqlar təsirlənib. 8-i böyük olmaqla 15 uşaq, ümumilikdə 23 nəfər zəhərlənib”, - nəşr yazır.

Yerli həkimlər adi qida zəhərlənməsini elan ediblər, lakin laboratoriya müayinələrinin nəticəsi hələ ki, yoxdur. 

Zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir.