Polşada Ukraynaya göndərilən artilleriyanın təmiri mərkəzi yaradılıb
Xəbərlər
09:18 26 noy, 2022
ABŞ Ukraynaya tədarük edilən artilleriya qurğuları üçün Polşada təmiri mərkəzi yaradıb.
Qazet.az xəbər verir ki, bu barədə “The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, döyüşlər zamanı aşınmaya görə, Qərb ölkələri tərəfindən Ukraynaya çatdırılan 350 artilleriya qurğusunun təxminən üçdə biri işləmir. Bu silahların təmirinin təşkili isə ABŞ-ın Avropa Komandanlığı üçün prioritet məsələdir.
Bununla bağlı ABŞ ordusu Polşada təmir bazası təşkil edib. Qəzetin mənbələri qeyd edib ki, son bir neçə ayda bu obyektdə Ukraynada zədələnmiş silahlara texniki qulluq və təmir işləri aparılıb.
Ukrayna tərəfi isə bu cür təmir bazalarının döyüş meydanına daha yaxın yerləşdirilməsini zəruri hesab edir.