Polşada zəlzələ baş verib
Gündəm
04:12 18 okt, 2021
Dağıntı və tələfat barədə məlumat yoxdur.

Polşanın cənub -qərbində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Qazet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 106 min insanın yaşadığı Leqnitsa şəhərindən 32 km şimalda yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.