Polşalı qapıçıdan rekord
İdman
10:05 01 dek, 2022
Polşa millisinin qapıçısı Voytsex Şesnı dünya çempionatlarının rekorduna şərik çıxıb.
Qazet.az-ın məlumatına görə, 32 yaşlı qolkiper buna Qətərdə keçirilən mundialın C qrupunda Argentina ilə matçda (0:2) penaltini dəf etməklə nail olub.
Şesnı turnir tarixində iki 11 metrlik cərimə zərbəsinin qolla nəticələnməsinin qarşısını alan üçüncü qapıçıdır.
Daha əvvəl 1974-cü ildə digər polşalı çərçivə qoruyucusu Yan Tomaşevski və 2002-ci ildə ABŞ-dan olan Bred Fridel bunu bacarıb.
Qeyd edək ki, Polşa yığması DÇ-2022-nin 1/8 finalında Fransa kollektivi ilə üz-üzə gələcək.