Poqbanın qırmızı vərəqəsi ona baha başa gəldi
Gündəm
15:05 28 okt, 2021
İngiltərə Futbol Assosiasiyası (FA) fransalı yarımmüdafiəçiyə birbaşa aldığı “qırmızı”ya görə 3 oyunluq cəza verib
“Mançester Yunayted”in futbolçusu Pol Poqbanın Premyer Liqanın 9-cu turunun “Liverpul”la matçında aldığı qırmızı vərəqənin cəzası məlum olub.
Qazet.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) fransalı yarımmüdafiəçiyə birbaşa aldığı “qırmızı”ya görə 3 oyunluq cəza verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Mançester Yunayted” – “Liverpul” matçı qonaqların 5:0 hesablı qələbəsiylə başa çatıb.