Bakı 13˚C Sunny

Portuqaliya Uruqvaya qalib gəldi

İdman 01:04 29 noy, 2022
Portuqaliya Uruqvaya qalib gəldi

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda üz-üzə gələcək Portuqaliya və Uruqvay yığmalarının start heyətləri elan olunub.

Qazet.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Portuqaliya: Dioqu Koşta, Pepe, Nunu Mendeş, Joau Kanselu, Ruben Diaş, Ruben Neveş, Vilyam Karvalyu, Brunu Fernandeş, Bernardu Silva, Joau Feliks, Kristiano Ronaldo

Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Xose Mariya Ximenes, Dieqo Qodin, Matias Oliveyra, Sebastyan Koates, Darvin Nunyes, Edinson Kavani, Federiko Valverde, Matias Vesino

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

Portuqaliya - Uruqvay matçı başladı.

***

Ronaldo 55-ci dəqiqədə hesabı açdı: 1-0.

***

Fernandeş son dəqiqələrdə penaltidən ikinci qolu vurdu: 2-0.

***

Portuqaliya millisi də ikinci matçında qalib gələrək pley-offa vəsiqə qazandı.