Bakı 2˚C Cloudy

Portuqaliyada işçilərə iş vaxtından kənar zəng etmək qanunla qadağan edildi

Gündəm 12:01 10 noy, 2021

Rəhbərliyin işçilərə uzaqdan nəzarət etməyinə də icazə verilməyəcək

Portuqaliyada işçilərə iş vaxtından kənar zəng etmək qanunla qadağan edildi

Portuqaliya parlamenti işəgötürənlərə iş vaxtı xaricində işçilərə zəng etməyi və ya mesaj göndərməyi qadağan edən qanun qəbul edib.

Qazet.az Euronews-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən işəgötürən qanunu pozduğuna görə cərimələnə bilər.

Bundan əlavə, rəhbərliyin işçilərə uzaqdan nəzarət etməyinə də icazə verilməyəcək. 

Bununla belə, portuqaliyalı deputatlar iş saatları xaricində iş söhbətlərinin aparıldığı onlayn qrupları söndürmək tələbini qanuniləşdirmək təklifini rədd ediblər.

Qeyd olunur ki, Portuqaliyanın əmək qanunvericiliyinə qəbul edilmiş dəyişikliklər 10 nəfərdən az işçisi olan şirkətlərə şamil edilməyəcək.