Bakı 4˚C Sunny

“Praqa görüşündə Ermənistan reallıqları qəbul etməyə məcbur oldu” - RƏY

Gündəm 16:08 08 okt, 2022
“Praqa görüşündə Ermənistan reallıqları qəbul etməyə məcbur oldu” - RƏY

“Praqa görüşü Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin növbəti uğuru kimi qiymətləndirilməlidir. Ermənistan öz yerini bildi, reallıqları qəbul etməyə məcbur oldu”.

Qazet.az xəbər verir ki, bunu “Report” a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, bundan əvvəlki görüşlərdə gündəlikdə olan bütün məsələlərin müzakirəsi Praqada davam etdirilib: “Azərbaycanın irəli sürdüyü 5 əsas şərti bütün tərəflər qəbul etdi. Ermənistan ərazi bütövlüyümüzü, suverenliyimizi tanıdı və İrəvanın Qarabağla bağlı bütün iddiaları qüvvədən düşdü. Qarşı tərəf faktiki olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu və orada yaşayan erməniəsilli vətəndaşlarla bağlı məsələnin Azərbaycanın daxili işi olduğunu qəbul etdi. Prezident İlham Əliyev də bu məsələyə toxunaraq bildirdi ki, həmin insanlarla münasibətlər bizim daxili işimizdir”.

N.Həmzəyev söyləyib ki, Azərbaycanın sülhə məcburetmə əməliyyatı özünü doğrultdu: “Beləliklə, Praqa görüşündə biz növbəti uğura imza atdıq. Xüsusi komissiyaların ən qısa zamanda sülh müqaviləsinin mətnini hazırlayacağı ilə bağlı razılıq əldə olundu. Bu ayın sonuna yaxın komissiyaların növbəti görüşü keçiriləcək. Hansısa təxribat baş verməsə, bu ilin sonunadək Ermənistanla Azərbaycan arasında ilkin sülh əldə oluna bilər. Sərhədlərin delimitasiya və demarkasiyasına gəldikdə isə bildirməliyəm ki, xüsusi komissiya 2 ay ərzində fəaliyyətini davam etdiricək, konkret tövsiyələr əsasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı işlər görüləcək”.