Bakı 17˚C Windy

Praqada "Krım baharı" iştirakçısı saxlanıldı

Gündəm 18:10 12 sen, 2021

“Krım baharı” hadisələrinin aktiv iştirakçısı Aleksandr Françettinin Praqa aeroportunda yaxalandığını da bildirilib.

Praqada "Krım baharı" iştirakçısı saxlanıldı

Ukraynanın verdiyi beynəlxalq order əsasında Praqa aeroportunda Rusiya vətəndaşı saxlanılıb.

Bunu Çexiya polisinin mətbuat katibi Ondrjey Moravçik deyib.

“Təsdiq edə bilərəm ki, Praqa aeroportunda Ukraynanın verdiyi beynəlxalq order əsasında Rusiya vətəndaşı saxlanılıb”, - Moravçik bildirib.

Qeyd edək ki, bir müddət öncə Rusiya Prezidenti yanında Krım Respublikasının daimi nümayəndəliyinin beynəlxalq hüquq məsələləri üzrə işçi qrupunun rəhbəri Aleksandr Moloxov “Krım baharı” hadisələrinin aktiv iştirakçısı Aleksandr Françettinin Praqa aeroportunda yaxalandığını bildirmişdi.