Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb
İdman
16:13 29 okt, 2022
Azərbaycan Premyer Liqasının XII turunda səfərdə “Kəpəz”lə qarşılaşan “Səbail” azlıqda qalıb.
Qazet.az xəbər verir ki, matçın 41-ci dəqiqəsində qonaqların heyətində Nihad Qurbanlı birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
O, qarşılaşmanın 39-cu dəqiqəsində əks-hücum zamanı “Kəpəz”in forvardı Mate Kvirkviyaya qarşı kobudluğa görə əvvəlcə sarı vərəqə ilə cəzalandırılsa da, sonradan görüşün baş hakimi Elçin Məsiyev VAR-ın köməyindən istifadə edərək vərəqənin rəngini qırmızıya dəyişib.
Nihad Qurbanlı sonuncu ümid foluna görə meydandan uzaqlaşdırılıb.
Qeyd edək ki, hazırda ilk hissəsi başa çatmış oyunda “Kəpəz” 1:0 hesabı ilə öndədir.