Bakı 8˚C Showers

Premyer Liqamızda ilk hissəni ən yaxşı oynayan klublar

İdman 17:55 26 dek, 2022
Premyer Liqamızda ilk hissəni ən yaxşı oynayan klublar

Azərbaycan Premyer Liqasının ilk yarısında birinci hissəni ən çox öz xeyrinə başa vuran komandalar müəyyənləşib.

Qazet.az-ın məlumatına görə, geridə qalan 18 turda matçların fasiləsinə qədər ən yaxşı nəticə göstərən klub “Neftçi” olub.

Futbol matçları 45 dəqiqədən ibarət olsaydı, Bakı təmsilçisi hazırda 34 xalla turnir cədvəlinə başçılıq edərdi. Laurentsiu Regekampfın yetirmələri 18 görüşün 10-da fasiləyə üstün yollanmağı bacarıb.

“Sabah” bu baxımdan ikinci sıradadırsa, çempionatın lideri “Qarabağ” üçün ilk yarını o qədər də uğurlu hesab etmək olmaz. Ağdam təmsilçisi 10 qarşılaşmada fasiləyə qədər tarazlığı poza bilməyib.

Yer

Komanda

Oyun

Qələbə

Heç-heçə

Məğlubiyyət

Xal

1

Neftçi

18

10

4

4

34

2

Sabah

18

8

8

2

32

3

Qarabağ

18

7

10

1

31

4

Qəbələ

18

6

11

1

29

5

Zirə

18

3

11

4

20

6

Keşlə

18

3

9

6

18

7

Turan Tovuz

18

2

11

5

17

8

Kəpəz

18

4

5

9

17

9

Sumqayit

18

2

9

7

15

10

Səbail

18

2

8

8

14