Premyer Liqanın tarixinə düşdü
Futbol üzrə İngiltərə Premyer Liqasında növbəti ilk reallaşıb.
Qazet.az xəbər verir ki, İngiltərə çempionatında baş tutan "Sauthempton" və "Nottingem Forest" komandaları arasında keçirilən matçın yan xətt hakimi ölkə futbolu tarixində ilk dəfə hindistanlı referi olub.
Bupinder Sinx Gill oyunun yan xətt hakimi olaraq İngiltərə futbolunun tarixinə keçib.
O, baş hakim Tomad Bramall və yan xətt hakimi Mark Perri ilə birlikdə hakimlər briqadasında yer alıb.
Hakim bu hadisəyə sevinib və açıqlamasında deyib:
"Şagirdlərim bunu eşidəndə çox sevindi. Mənə dedilər ki, "inana bilmirik ki, sən bunu etdin". Onlar ağlını itirmişdilər". (BBC Sport)
Qeyd edək ki, Gill bundan öncə məktəbdə müəllim işləyib.
2004-2010-cu illərdə aşağı liqalarda 150 matçda hakim olaraq meydana çıxıb.
2023-cü ildə isə hindistanlı referi İngiltərə Premyer Liqasında debüt edib.