Bakı 33˚C Sunny

Prezident 2021-ci ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqlədi

Gündəm 16:40 14 iyl, 2022

Bu barədə Prezident.az məlumat yayıb

Prezident 2021-ci ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanunu təsdiqləyib.

Qazet.az xəbər verir ki, bu barədə Prezident.az məlumat yayıb.

Qanuna əsasən, 2021-ci il dövlət büdcəsinin icrası gəlirlər 26 396 285 000 manat, xərclər 27 422 420 200 manat məbləğində olmaqla təsdiq edilib.

Bundan başqa, dövlət başçısı sözügedən qanunun tətbiqi barədə fərman da imzalayıb.