Bakı 14˚C Sunny

Prezident: "Azərbaycanla İtaliya arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq aparılır"

Gündəm 22:10 11 yan, 2023
Prezident: "Azərbaycanla İtaliya arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq aparılır"

Azərbaycanla İtaliya arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində uğurlu əməkdaşlıq aparılır.

Qazet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonu qəbul edərkən deyib.

Dövlət başçısı Azərbaycan-NATO və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsində İtaliyanın verdiyi töhfəni yüksək qiymətləndirirb.

Prezident, bununla yanaşı, Cənub Qaz Dəhlizinin səmərəli fəaliyyətini vurğulayıb.

İlham Əliyev Quido Krosettonun Azərbaycana səfərinin həm ölkələrimizin aidiyyəti qurumları arasında, həm də daha geniş mənada əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvarlığını ifadə edib.