Prezident məhkəmə hakimləri ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Siyasət
18:13 17 yan, 2022
Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib
Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qazet.az-ın xəbərinə görə, yüksək hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə dövlət orqanlarında (qurumlarında) iş stajı, habelə hüquq sahəsində elmi və pedaqoji fəaliyyət müddəti onların hakimlik stajına hesablanacaq.