Prezident “Müstəqillik Günü” və “Müstəqilliyin Bərpası Günü” ilə bağlı dəyişiklikləri təsdiqləyib
Gündəm
17:22 16 noy, 2021
Prezident İlham Əliyev qanuna dəyişikliyi imzalayıb
"Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun təsdiqlənib.
Qazet.az xəbər verir ki, Prezident İlham Əliyev qanuna dəyişikliyi imzalayıb.
Dəyişikliyə əsasən, “Respublika günü” sözləri “Müstəqillik Günü” sözləri, “Dövlət müstəqilliyi günü” sözləri “Müstəqilliyin Bərpası Günü” sözləri ilə əvəz edilib.