Prezident Ofisi: "Ukrayna Xersonda əks-hücuma başlayıb"
Gündəm
13:40 28 may, 2022
Novaya Kaxovkaya çatmaq üçün yaxşı şanslar var

"Ukrayna qoşunları Xersonda əks-hücum əməliyyatlarına başlayıb".
Qazet.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.
“Qoşunlarımız Rusiya ordusunun arxa hissəsində uğurlu əks-hücum əməliyyatlarına keçib. Rusiyanın "Su-35" təyyarəsi vurulub. Maraqlı vəziyyətdir. Bu əks-hücum əməliyyatı aviasiyasi ilə yaxşı təmin olunub. Novaya Kaxovkaya çatmaq üçün yaxşı şanslar var”, - o söyləyib.
Arestoviç hazırkı prosesləri perspektivli hesab etdiyini bildirib.