Prezident Pelenin tabutu ilə şəkil çəkdirdi
İdman
14:50 03 yan, 2023
FIFA Prezidenti Canni İnfantino braziliyalı futbolçu Pelenin yas mərasimində görüntülənib.
Qazet.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 52 yaşlı İnfantino Pelenin xanımı Marcia Aokiyə başsağlığı verərkən obyektivlərə tuş gəlib.
Bunu etdikdən qısa müddət sonra o, Pelenin tabutunun yanında gülümsəyərək selfi çəkdirib.
İnfantino Pelenin "Santos" klubunda onunla bir çıxış edən komanda yoldaşı Lima ilə şəkil çəkdirmək üçün tabutun yanında dayanıb.