Bakı 23˚C Sunny

Prezident SƏRƏNCAM imzaladı

Siyasət 17:53 08 sen, 2022
Prezident SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev “Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 4 iyul 2006-cı il tarixli sərəncamında dəyişiklik edib.

Qazet.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Komissiyanın tərkibinə energetika naziri və "Azərenerji” ASC-nin sədri əlavə edilib.