Bakı 14˚C Dreary

Prezident SƏRƏNCAM imzaladı

Siyasət 11:57 30 dek, 2022
Prezident SƏRƏNCAM imzaladı

Azərbaycanda dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiyanın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı təsdiq edilib.

Qazet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət İmtahan Mərkəzi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və Fəaliyyət Planının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.