Bakı 15˚C Intermittent clouds

Prezident SƏRƏNCAM imzalayıb

Siyasət 13:08 02 yan, 2023
Prezident SƏRƏNCAM imzalayıb

 Əli Məsimli ölkənin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Qazet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Əli Əhməd oğlu Məsimov 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri, 1993–2005-ci illərdə "Müstəqil İqtisadçılar Birliyi" ictimai təşkilatının prezidenti vəzifələrində çalışıb.