Bakı 9˚C Cloudy

Prezident sərəncama dəyişiklik etdi

Siyasət 11:18 29 dek, 2022
Prezident sərəncama dəyişiklik etdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin işlənib hazırlanması ilə əlaqədar bəzi tədbirlər haqqında” 14 sentyabr 2005-ci il tarixli sərəncamında dəyişiklik edib.

Qazet.az xəbər verir ki, dəyişikliyə əsasən, Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin həlli üçün yaradılmış Komissiyanın tərkibi aşağıdakı kimi yenilənib:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiya sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Komissiyanın üzvləri

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri.