Bakı 25˚C Sunny

Prezident Şuşa ilə bağlı FƏRMAN imzaladı

Siyasət 14:42 21 okt, 2022
Prezident Şuşa ilə bağlı FƏRMAN imzaladı

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılır.

Qazet.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb.

Fərmana dəyişikliklə Müşahidə Şurası sədr də daxil olmaqla 5 üzvdən ibarət olacaq.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə cari rəhbərliyi İdarənin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək.