Bakı 22˚C Showers

Prezident Zəfər günü münasibətilə hərbçiləri təbrik etdi

Siyasət 16:52 07 noy, 2022
Prezident Zəfər günü münasibətilə hərbçiləri təbrik etdi

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzulidə Zəfər Günü münasibətilə hərbçiləri təbrik edib.

Qazet.az-ın xəbərinə görə, dövlət başçısı Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olduqdan sonra hərbçilərlə birgə foto çəkdirib.

Prezident İlham Əliyev hərbçiləri 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Qeyd edək ki, noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.