Bakı 13˚C Mostly cloudy

"Prezidentin Aşqabad səfəri Azərbaycanın növbəti uğurlu addımıdır" - Cavid Osmanov

Gündəm 18:08 30 iyn, 2022

Cavid Osmanov bildirib

"Prezidentin Aşqabad səfəri Azərbaycanın növbəti uğurlu addımıdır" - Cavid Osmanov

Xəbər verdiyimiz kimi, iyunun 29-da  Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi toplantı növbəti dəfə gündəlikdə dayanan məsələlərin müzakirəsi baxımından əhəmiyyət daşıyıb.

Millət vəkili Cavid Osmanov Qazet.az-a bildirib ki, Azərbaycan Respublikası Prezident İlham Əliyevin yürütdüyü siyasəti nəticəsində dünyanın bu gün ən hörmətlə yanaşılan, nüfuzlu dövlətlərindən birinə çevrilib: “Azərbaycan Prezidenti dünya liderləri içərisində ən nüfuzlu liderlərdən biridir. Əlbəttə, Aşqabad səfəri də bunun növbəti əyani təzahürüdür. 
Ölkə başçısının Aşqabada səfəri zamanı Xəzəryanı Dövlətlərin Zirvə Toplantısı çərçivəsində dövlət başçıları ilə ikitərəfli görüşləri bir daha Azərbaycanın dünyada nə qədər vacib ölkə olduğunu, böyük əhəmiyyətə malik olduğunu və qarşılqılı əməkdaşlıqların qurulması istiqamətində nə dərəcədə mühüm rol oynadığını göstərdi".