Bakı 3˚C Mostly cloudy

Prezidentin köməkçisi: "Avropa Parlamentinin qətnaməsi dezinformasiyaya əsaslanır"

Siyasət 22:28 12 mar, 2022

Saxta xəbərlər təkcə mediada yox, siyasətdə də olur

Prezidentin köməkçisi: "Avropa Parlamentinin qətnaməsi dezinformasiyaya əsaslanır"

“Biz 44 günlük müharibədə çoxlu dezinformasiyalar gördük”.

Qazet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

“Ermənistan Azərbaycanda muzdluların olduğunu iddia edirdi. Biz sübut istəyəndə bir söz deyə bilmədilər. Saxta xəbərlər təkcə mediada yox, siyasətdə də olur. Dünən Avropa Parlamentinin qəbul etdiyi qətnamə də dezinformasiyaya əsaslanır. Kontrsuallarla bunu müəyyənləşdirmək mümkündür.

Biz səhih xəbəri mümkün qədər tez verməklə dezinformasiyalarla mübarizə aparmalıyıq. Reaksiya bildirməmək çıxış yolu deyil”, - o deyib.