Bakı 18˚C Mostly cloudy

Prezidentin köməkçisi: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır"

Gündəm 14:38 05 noy, 2021

"Azad olunan ərazilərdə belə miqyasda quruculuq işlərinin aparılması heç bir ölkədə olmayıb"

Prezidentin köməkçisi: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır"

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamalıdır. Bu istiqamətdə Ermənistan tərəfindən müsbət rəy gözləyirik, ancaq hələ də heç bir nəticə görmürük. İşğal iddiaları hələ də qalır. Bu tamamilə qəbul olunmazdır".

Qazet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan beynəlxalq hüququ hələ də tanımaq istəmirlər: "Azərbaycan mövqeyi ədalətin və beynəlxalq hüququn bərqərar olmasını istəyir. Azad olunan ərazilərdə belə miqyasda quruculuq işlərinin aparılması heç bir ölkədə olmayıb".