Prezidentin köməkçisi: "Regionun çiçəklənməsinə nail olsaq, bundan hamı faydalanar"
Biz regionun çiçəklənməsinə nail olsaq, bundan hamı faydalana bilər. Biz öz rolumuzu oynamağa hazırıq
“İşğaldan azad olunan ərazilərdə dağıntıların olacağını gözləyirdim, amma bu qədər acınacaqlı vəziyyətin olacağını gözləmirdim. Biz Ağdamı Qafqazın Xirosimasına bənzədirik”.
Qazet.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Qarabağın Ermənistanın 30 il işğalı altında olması əbəs yerə gedən dövrdür: “Gəlin, Qafqaz regionunu tamamilə dəyişdirək. Biz regionun çiçəklənməsinə nail olsaq, bundan hamı faydalana bilər. Biz öz rolumuzu oynamağa hazırıq”.