Bakı 25˚C Mostly sunny

Prezidentin xüsusi nümayəndəsi Qarabağda görülən işlərlə tanış olub

Gündəm 23:47 18 dek, 2021

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Tərtərə səfər edib

Prezidentin xüsusi nümayəndəsi Qarabağda görülən işlərlə tanış olub

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Tərtərə səfər edib.

Qazet.az xəbər verir ki, E.Hüseynov bu barədə "Twitter"dəki hesabında yazıb.

“Bu gün Tərtər rayonunun işğaldan azad edilmiş əraziləri olan Suqovuşana, həmçinin Talış kəndinə səfər etdik və görülən işlərlə tanış olduq”, - Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi qeyd edib.