Bakı 2˚C Mostly cloudy

Prezidentlərin görüşü: Masadakı kitab

Gündəm 17:51 06 okt, 2022
Prezidentlərin görüşü: Masadakı kitab

Praqada keçirilən Avropa Siyasi Birliyi liderlərinin sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan masa arxasında birgə müzakirə aparıblar.

Görüşdə diqqət çəkən məqamlardan biri də çəkilən şəkillər zaman liderlərin ətrafına toplaşdığı masanın üzərində olan kitab və onun adı ilə bağlıdır. 

Qazet.az-ın məlumatına görə, kitabın müəllifi albaniyalı yazıçı və professor 43 yaşlı Lea Ypidir. O, London İqtisadiyyat Məktəbində siyasi mülahizələr üzrə dərs tədris edir. 2021-ci ildə çap etdiyi kitab "Azad: Tarixin sonunda yeni dövrün başlanğıcı" (Free: Coming of new age at the end of the history) adlanır.

Kitab iqtisadi, siyasi, sosial nəzəriyyələrdən bəhs edir. 

Belə bir kitabın bu kimi bir görüşdə masanın üzərində olması həm tarixi, siyasi, nöqteyi-nəzərdən azadlığın simvolu, digər tərəfdən isə görüşün yeni dövrün başlanğıcı kimi qəbul edilməsini simvolizə edə bilər.