Prokurorluq ustanın ölümü ilə bağlı məlumat yayıb
Hadisə
14:20 11 okt, 2021
Hazırda hadisənin təfərrüatlarının müəyyən edilir
Sabunçu Rayon Prokurorluğu ustanın ölümü ilə bağlı məlumat yayıb
Rayon prokurorluğundan Qazet.az-a daxil olan məlumatda deyilir:
"Oktyabrın 10-u saat 18 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən dəmirdüzəltmə sexində usta işləyən 1992-ci il təvəllüdlü Mahir Səmədzadənin iş yerində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır".