PUA-lar səmada: Azərbaycan ordusu təlim-məşq uçuşları icra edib
Gündəm
16:31 02 dek, 2021
Azərbaycan Hərbi Hava Qüvvələri PUA-larla təlim-məşq uçuşları icra edib
![<strong>PUA-lar səmada:</strong> Azərbaycan ordusu təlim-məşq uçuşları icra edib](https://qazet.az/resized/fit900x500/center/pages/39883/64796f84-1030-4a02-8410-8f1daed1a078.jpeg)
Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq Bayraktar pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib.
Bu barədə Qazet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Döyüş atışlı təlim-məşq uçuşlarında digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilərək dəqiq zərbələrlə məhv olunub.
Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilib. Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə PUA operatorları tapşırıqları uğurla yerinə yetiriblər.