Putin ABŞ-a xəbərdarlıq ETDİ
Gündəm
18:51 21 dek, 2021
Rusiyanın təhlükəsizliyini və suverenliyini təmin etməyə yönələn tədbirlər görmək hüququmuz var

“Rusiya ABŞ-ın dostca olmayan addımlarına qarşı adekvat hərbi-texniki tədbirlər görəcək”.
Qazet.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ölkənin Müdafiə nazirliyinin geniş kollegiya iclasında deyib.
“Qeyd etdiyim kimi, qərbli həmkarlarımızın açıq-aşkar aqressiv xətti davam edərsə, biz də adekvat hərbi-texniki cavab tədbirləri görəcəyik, dostca olmayan addımlara sərt reaksiya verəcəyik. Bizim Rusiyanın təhlükəsizliyini və suverenliyini təmin etməyə yönələn tədbirlər görmək hüququmuz var” - deyə Putin bildirib.