Bakı 19˚C Mostly cloudy

Putin: ABŞ etibarlı deyil və istənilən razılaşmanı poza bilər

Siyasət 19:30 21 dek, 2021

Putin bildirib ki, istənilən hərbi və texniki addımlara cavab verməyə Moskvanın hüququ çatır

Putin: ABŞ etibarlı deyil və istənilən razılaşmanı poza bilər

“Rusiya prezidenti NATO-nun Şərqi Avropada genişlənməsini məhdudlaşdırmaq üçün Vaşinqtonla razılaşmaya ümidlərin zəif olduğunu deyib və əlavə edib ki, saziş imzalansa belə, ABŞ-a verdiyi vədləri yerinə yetirəcəyinə inanmaq olmaz”

Qazet.az rus mətbuatına istinadən bu barədə məlumat verib.

“Raşa Tudey”-in məlumatına görə, Putin bugün Moskvada ordunun yüksəkrütbəli zabitləri qarşısında çıxışı zamanı deyib ki, o, artıq Qərbi etibarlı tərəfdaş kimi görmür. 

Onun sözlərinə görə, Rusiya öz sərhədlərində Amerika qoşunlarının və texnikasının olması ilə bağlı yazılı təminat tələb edib, lakin bu təminatlara belə arxalana bilməz.

“Siz də, mən də çox yaxşı bilirik ki, onlar müxtəlif bəhanələrlə, o cümlədən təhlükəsizliyin təmini məqsədilə öz milli ərazilərindən minlərlə kilometr kənarda fəaliyyət göstərirlər. Beynəlxalq hüquq və BMT nizamnaməsi müdaxilə etdikdə onların hamısı köhnəlmiş və lazımsız elan edilir” - Putin bildirib.