Putin anti-terror çağırışı etdi - Şanxay Əməkdaşlıq Təşkilatında yeni təkliflər
Vladimir Putin Əfqanıstan problemi və bunda ŞƏT-in atmalı olduğu addımlardan danışıb
![Putin anti-terror çağırışı etdi - <span style="color:red">Şanxay Əməkdaşlıq Təşkilatında yeni təkliflər</span>](https://qazet.az/resized/fit900x500/center/pages/25818/5d52bce9-8015-42ac-9dc2-21b5e6e24037.jpeg)
Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) terror strukturunun gücləndirilməsini təklif edib.
Qazet.az "Ria Novosti"yə istinadən xəbər verir ki, Putin həmçinin bildirib ki, ŞƏT-ə üzv ölkələri Əfqanıstan hakimiyyətini vədlərini yerinə yetirməyə təşviq etməlidir.
Onun sözlərinə görə ŞƏT-ə üzv ölkələrin Əfqanıstanda vəziyyətin gərginləşməsindən və ABŞ-ın oradan qaçmasından sonra yarana biləcək riskləri nəzərə alaraq ümumi razılaşdırılmış bir mövqe sərgiləməlidir.
"ABŞ və onun NATO-dakı müttəfiqləri Əfqanıstandan qoşunları tələsik çıxardıqdan,- buna qaçandan da demək olar,- sonra Əfqanıstandakı vəziyyətlə əlaqədar ciddi riskləri nəzərə alaraq təşkilatımızın qarşısında ortaq və razılaşdırılmış bir xətti həyata keçirmək vəzifəsi durur", - deyə Putin qeyd edib.
Rusiya Prezidenti, həmçinin bildirib ki, ŞƏT-ə üzv ölkələrin Əfqanıstan hakimiyyətini vədlərini yerinə yetirməyə təşviq etməlidir.
Putin eyni zamanda ŞƏT-in anti-terror strukturunu gücləndirməyi təklif edib.