"Putin Avropanı şantaj edir" - Ukrayna XİN
Siyasət
17:56 22 okt, 2021
Ukrayna xarici işlər naziri Dmitro Kuleba Putini Avropa üçün təhdid hesab edib

Ukrayna Almaniyadan Rusiyanın Avropada qaz şantajı ilə bağlı cavab tədbirləri görməsini gözləyir.
Qazet.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba deyib.
“Putinin “Şimal axını-2” ilə bağlı dedikləri şantajdır. Bu, qazın beynəlxalq münasibətlərdə silah kimi istifadəsidir. ABŞ və Almaniyanın “Şimal axını-2” ilə bağlı ortaq bəyanatında göstərilir ki, əgər Rusiya qazdan beynəlxalq münasibətlərdə silah kimi istifadə edəcəksə, Almaniya cavab tədbirləri görməyə başlayacaq. Biz Almaniyadan bununla bağlı dəqiq mövqe gözləyirik”, – deyə o bildirib.