Putin bu halda hakimiyyətdən gedəcək - SENSASİYA
"Əgər Rusiya Federasiyasının Ukraynadakı ordusu tam məğlubiyyətə düçar olarsa - Krım və Donbas da daxil olmaqla dövlətimizin bütün ərazisini tərk edərsə, o zaman Rusiya prezidenti Vladimir Putinin səlahiyyətlərinə son qoyulacaq".
Qazet.az xəbər verir ki, bu fikirləri Dövlət Dumasının sabiq deputatı, hüquq müdafiəçisi Mark Feyqin səsləndirib.
Onun sözlərinə görə, Rusiya məğlub olacağı təqdirdə, ölkə hakimiyyəti ciddi daxili və xarici təzyiq altında olacaq,
Feyqin qeyd edib ki, total hərbi məğlubiyyət siyasi məğlubiyyətə çevrilir.
"Mənim proqnozum: bu halda (Rusiyanın Ukraynada total məğlubiyyəti halında - red.) başlanacaq proseslər mütləq inqilabi xarakter daşıyacaq. Genişmiqyaslı hərbi, geosiyasi məğlubiyyət baş verərsə, hakimiyyət çətin ki, müqavimət göstərə bilsin. Təbii ki, Putinin hakimiyyəti sona çatacaq", - Feyqin hesab edir.