Bakı 21˚C Intermittent clouds

Putin gələn həftə Paşinyanla görüşəcək

Siyasət 18:06 10 okt, 2021

 Putin oktyabrın 12-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək

Putin gələn həftə Paşinyanla görüşəcək

Rusiya prezidenti Vladimir Putin oktyabrın 12-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Qazet.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd olunub ki, Putinin həmin gün Kremldə Dövlət Dumasının yeni seçilmiş deputatları ilə görüşü də planlaşdırılır. Həmin gün Rusiya liderinin Paşinyanla yeni görüşü baş tutacaq.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin VIII çağırış Dövlət Dumasının deputatları ilə oktyabrın 12-də Kremldə görüşəcəyini təsdiqləyib.

Xatırladaq ki, Paşinyanın Putinlə son görüşü bu il iyulun 7-də, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra baş tutub.