Bakı 24˚C Windy

Putin İbrahim Rəisi ilə danışdı

Gündəm 03:17 15 sen, 2021

Liderlər təmasların davam etdirilməsi barədə razılaşıb.

Putin İbrahim Rəisi ilə danışdı

Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.

Qazet.az xəbər verir ki, telefon danışığında liderlər Şanxay Əməkdaşlıq Təşkilatının Düşənbədə keçiriləcək iclası ilə bağlı fikir mübadiləsi aparılıb.

Müxtəlif sahələrdə Rusiya-İran əlaqələrinin möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib.

Liderlər təmasların davam etdirilməsi barədə razılaşıb.