Bakı 2˚C Windy

Putin istəsə Ukraynadakı müharibəni sabah da bitirə bilər

Gündəm 16:58 29 iyn, 2022

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib

Putin istəsə Ukraynadakı müharibəni sabah da bitirə bilər

“Rusiyanın Ukraynaya qarşı müharibəsinin nə vaxt bitəcəyini heç kim bilmir”.

Qazet.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

Nazir qeyd edib ki, Rusiya Ukrayna şəhərlərinə raket hücumlarını dayandıran kimi Ukraynada müharibə bitəcək və bunu hətta sabah da etmək olar.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında müharibənin nə vaxt bitəcəyini heç kim bilmir, bu sual açıq qalır.

“Bu, sabah Rusiya prezidentinin bombardmanları dayandırması ilə başa çata bilər. Biz Ukraynanın suveren dövlət olaraq qalması və bütün ölkənin sülh və azadlıq içində yaşaması üçün hər şeyi edəcəyik”, - deyə Berbok vurğulayıb.