Putin koronavirusa görə karantinə getdi-VİDEO
Gündəm
16:40 14 sen, 2021
Rusiya dövlət başçısı virusa yoluxmaqdan özünü qoruyur

Rusiya Prezidenti Vladimir Putin ətrafındakıların koronavirusa yoluxduğuna görə özünü təcrid edib.
Qazet.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, Rusiya dövlət başçısının koronavirus testi mənfi çıxsa da, ətrafında işləyən şəxslərdə müsbət cavab gəlib. Bununla əlaqədar o, özünə karantin elan edib.
Putinin koronavirusa yoluxan şəxslərlə birbaşa kontaktda olduğu bildirilir.