Putin KTMT-yə sərhəddəki deeskalasiya ilə bağlı məlumat verdi
Xəbərlər
05:10 14 sen, 2022
Prezident Vladimir Putin KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Şurasına Rusiyanın Ermənistan və Azərbaycan sərhədində deeskalasiya ilə bağlı addımları barədə məlumat verib.
Qazet.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb .
“Vladimir Putin Rusiya tərəfinin yaranmış gərginliyin azaldılmasına yönəlmiş əlavə praktiki addımları barədə XTK üzvlərinə məlumat çatdırıb”, - KTMT katibliyindən bildiriblər.
KTMT Şurasının hazırkı iclası növbədənkənardır və İrəvanla Bakı arasında gərginlik yarandığı üçün Ermənistanın xahişi ilə çağırılıb. Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Putinin KTMT sammitində iştirak etdiyini bildirmişdi.