Bakı 25˚C Partly sunny

Putin: Mən bilirəm, onlar Mərkəzi Bankı necə söyürlər

Gündəm 13:01 24 dek, 2021

Bununla da Rusiya Prezidenti Mərkəzi Bankın yüksək faiz dərəcələrini saxlamasına dəstək ifadə edib

Putin: Mən bilirəm, onlar Mərkəzi Bankı necə söyürlər

Rusiya Prezidenti Vladimir Putin keçirdiyi geniş mətbuat konfransında ölkəsinin Mərkəzi Bankının maliyyə-pul siyasətinə toxunub. 

Qazet.az rus mətbuatına istinadla xəbər verir ki, V.Putin son günlərdə Türkiyə milli valyutası ilə bağlı yaşanan durumun ölkəsində təkrar olunmasını istəmədiyini bildirib. Rusiya Mərkəzi Bankının bəzən sərt monetar siyasət yürütdüyünü və biznes dairələrinin bunun əleyhinə olduğunu qeyd edən Putin rublun dayanıqlığını təmin etmək üçün başqa yolun olmadığını bildirib: 

"Əlbəttə, burada Mərkəzi Bankı söymək olar. Mən hər gün real iqtisadiyyatdakı həmkarlarımla təmasdayam. Mən bilirəm, onlar Mərkəzi Bankı necə söyürlər və onların arqumentlərini də bilirəm. Mən faiz dərəcələrinin artmasından real sektorun narazı qaldığını da bilirəm. Ancaq bu edilməsə, bizdə də Türkiyədəki kimi ola bilər. Problem bundadır”.