Bakı 20˚C Sunny

"Putin məndən xahiş etdi ki, Paşinyanın sənədi bizim yanımızda imzalamasını israr etməyim" - İlham Əliyev

Siyasət 18:51 24 sen, 2021

İlham Əliyev 9 noyabrda üçtərəfli bəyanatın imzalanması zamanı baş verən hadisəni danışıb

"Putin məndən xahiş etdi ki, Paşinyanın sənədi bizim yanımızda imzalamasını israr etməyim" - <span style="color:red">İlham Əliyev</span>

“Vladimir Vladimiroviç məndən xahiş etdi ki, Paşinyanın da həmin sənədi bizim yanımızda imzalamasını israr etməyim”.

Qazet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib. O, 9 noyabr bəyanatının imzalanması zamanı baş verən hadisələrə toxunub.

“Rusiya Prezidenti çox nəzakətli, çox həssas insandır, hamıya çox hörmətlə yanaşır və mən dedim ki, israr etməyəcəyəm, qarşı tərəfin alçaldılması ilə bağlı hər hansı əlavə elementlər mənə lazım deyil, çünki bu, insanın yox, ölkənin alçaldılmasıdır, bunu isə biz özümüzə rəva görə bilmərik. Buna görə mən razılaşdım ki, biz həmin sənədi ikilikdə imzalayacağıq, lakin təbii ki, Paşinyanın da bunu haradasa imzalayacağına zəmanət olsun. Onun həmin sənədi harada imzalaması indiyə qədər məlum deyil. Mən dəfələrlə bu barədə açıq soruşmuşam, cavab almamışam, ola bilsin bir il keçəndən sonra biz bunu da biləcəyik, sadəcə, tarix üçün. Həmin gün barədə hələlik təqribən bu qədər deyə bilərəm”, deyə İlham Əliyev söyləyib.