Putin peyvənd olunandan sonra virusa yoluxdu? - AÇIQLAMA
“Sputnik V” ilə vaksinasiyaya qərar verdim
“Prezidentin qripə qarşı peyvəndə olmasından məlumatsızam, bütün hallarda, yəqin, təmaslara görə özünütəcriddədir”.
Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov sentyabrın 16-da dövlət başçısının özünü təcriddən sonrakı vəziyyəti barədə jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, həkimlər qabaqlayıcı tədbirləri görürlər.
Qeyd edək ki, Vladimir Putin ətrafı koronavirusa yoluxduğu üçün özünütəcrid rejimində fəaliyyətinin davam etdirir.
İyunun 30-da onun Rusiya istehsalı olan “Sputnik V” vaksinin ilə peyvənd olunduğuna dair məlumat yayılmışdı.
“Daha uzun müddətə müdafiə olunmağım üçün “Sputnik V” ilə vaksinasiyaya qərar verdim. Silahlı Qüvvələrimiz “Sputnik V” ilə peyvənd olunub. Mən də ali baş komandanam. Ona görə bu vaksinlə peyvənd olunacam”, Vladimir Putin bildirmişdi.
Xatırladaq ki, Vladimir Putinin COVID-19-a qarşı peyvənd olunmasına dair foto yayılmayıb.