"Putin qadın olsaydı, inanmıram" - BORİS
Gündəm
11:29 29 iyn, 2022
Böyük Britaniya Baş naziri bildirib

Rusiyanın dövlət başçısı qadın olsaydı, Ukrayna müharibəsinin qarşısını almaq mümkün olardı.
Qazet.az xəbər verir ki, bu sözləri Böyük Britaniya Baş naziri Boris Conson deyib.
“Putin qadın olsaydı, inanmıram ki, o, bu müharibəni başladardı. Əgər siz yaxşı, zəhərli maskulin nümunəsi tapmaq istəyirsinizsə, o zaman bu, həmin insandır (Putin – red.)”, - deyə baş nazir bildirib.