Putin Rəhman və Japarovla sərhədi müzakirə etdi
Oktyabrın 13-də Astana şəhərində Rusiya tərəfinin təşəbbüsü ilə Tacikistan Prezidenti İmaməli Rəhman, Rusiya Prezidenti Vladimir Putin və Qırğızıstan Prezidenti Sadır Japarov arasında görüş keçirilib.
Qazet.az-ın məlumatına görə, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti bildirib.
Dövlət başçıları Mərkəzi Asiyada regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Tacikistan-Qırğızıstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlar prosesinin gedişi nəzərdən keçirilib.
Yaranmış məsələlərin müstəsna olaraq siyasi-diplomatik vasitələrlə həlli, o cümlədən dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə hökumət qruplarının və ekspertlərdən ibarət işçi qrupların əvvəllər əldə edilmiş razılaşmalara ciddi şəkildə uyğun olaraq fəaliyyətinin aktivləşdirilməsinə dair razılıq əldə olunub.